AZ

Qurban Qurbanov yeni hücumçu axtarmaqlarının səbəbini açıqladı

Geridə qalan günlərdə ən çox vaxt itirdiyimiz məsələ hücum mövqeyinə futbolçu axtarışları olub.

Operativ Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, hücumçu axtarışlarının davam etdiyini vurğulayıb.

“Biz həddindən artıq çox futbolçuya baxdıq. Bir neçə oyunçu ilə danışıqlarımız oldu. Bəzi hücumçularla razılaşmışdıq, lakin son anda daha yaxşı təkliflər aldılar və başqa ölkələrə yollandılar. Hücum xəttinə futbolçu axtarışlarımız davam edir. Eyni zamanda yarımmüdafiə mövqeyi üçün də axtarışlar aparırıq".

Təcrübəli mütəxəssis komandanin hücumçularından razı olduğunu qeyd edib.

"Hücumçularımızın zəifliyi məsələsinə gəldikdə isə, mən onlardan razıyam. Onların həm idman forması, həm işə yanaşması, həm də kollektivdəki mövqeləri məni qane edir. Mənim üçün onlarla oyun qurmaq həm rahat, həm də asandır. Çünki bu futbolçular illərdir komandanın oyun sisteminin içərisindədirlər".

O, yeni hücumçu axtarmaqlarının səbəbini açıqlayıb.

Sadəcə, niyə yeni hücumçu axtarıram? Bu mövqeyi daha da möhkəmləndirmək üçün. İstəyirik ki, futbolçular bir-birini tamamlaya və əvəz edə bilsinlər. Oyuna sonradan daxil olub hücumu gücləndirəcək futbolçular da vacibdir. Hazırda mövcud hücumçularımızdan razıyam, lakin işi sığortalamaq istəyirəm. Çünki mövsüm ərzində böyük güc tələb olunur və bütün yükü eyni futbolçular daşıya bilməz. Əgər yaxın günlərdə mümkün olsa, yeni hücumçu transfer etməyi planlaşdırırıq”.

Seçilən
5
operativmedia.az

1Mənbələr