Dünyada ən geniş istifadə olunan dərmanlardan biri olan asetaminofen – ticarət adları ilə Tylenol və Panadol kimi tanınan bu ağrıkəsici – yalnız fiziki ağrını deyil, insanların riskləri necə qiymətləndirdiyini və qorxu hisslərini də təsirləyə bilər. ABŞ-ın Ohayo Dövlət Universitetindən sinirbilimçi Baldwin Way və komandası tərəfindən aparılan yeni tədqiqat bu dərmanın emosional və psixoloji təsirləri ilə bağlı mühüm nəticələr ortaya qoyub.
News24.az xəbər verir ki, tədqiqat nəticələri göstərib ki, asetaminofen qəbul edən insanlar riskli vəziyyətlər barədə düşünərkən daha az narahatlıq və qorxu hiss edirlər. Sinirbilimçi Baldwin Way bu barədə belə deyib:
“Asetaminofen riskli fəaliyyətlər üzərində düşünərkən daha az mənfi emosional reaksiya yaradır. Sadə dillə desək, insanlar daha az qorxur.”
Bu vəziyyət, dərmanı qəbul edənlərin daha rahat və düşünmədən riskli qərarlar verməsinə səbəb ola bilər. Way, bu təsirin xüsusilə hər həftə ABŞ-də təxminən əhalinin 25%-i tərəfindən istifadə olunan bu dərman üçün cəmiyyət səviyyəsində əhəmiyyətli nəticələr doğura biləcəyini bildirib.
Tədqiqatda 500-dən çox universitet tələbəsinə ya 1000 mq asetaminofen, ya da plasebo verilib. Daha sonra iştirakçılar kompüter simulyasiyasında bir balonu şişirdikcə pul qazandıqları, lakin balon partlayarsa bütün qazancı itirdikləri bir oyunda iştirak ediblər.
Nəticələr göstərib ki, asetaminofen qəbul edənlər balonu daha çox şişirdiblər və bu da onların risk alma meylinin daha yüksək olduğunu göstərib. Plasebo qəbul edənlər isə daha tez dayanıblar – yəni riskə daha az gediblər.
Xeyrənsə Piriyeva
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta