AZ

Kristian Totti futbolçu karyerasını 19 yaşında bitirdi

19 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Kristian Totti peşəkar futbolçu karyerasını xitam verdiyini açıqlayıb.

Arena.az məlumat verir ki, ilk olaraq “La Nuova Sardegna” dərgisinin paylaşdığı xəbər rəsmi təsdiqini tapıb.

Mənbənin məlumatına görə, gənc futbolçunun müvafiq qərarı qəbul etməsinə səbəb, müntəzəm surətdə psixoloji təzyiqlərə məruz qalması və məşhur atası ilə müqayisələr olub.

Xatırladaq ki, Kristian İtaliya futbolunun əfsanəsi, “Roma”nın məşhur kapitanı, keçmiş hücumçu Françesko Tottinin oğludur.

“Bəli, mən karyerama xitam verirəm, mən qərar qəbul etmişəm”, deyə Kristian vurğulayıb.

Yaşıl meydanlardan gedişinə rəğmən, Kristian futbolda qalacaq. Totti-Kiçik məşhur atasının təsis etdiyi futbol məktəbində skaut olaraq çalışacaq və gənc istedadların axtarışı ilə məşğul olacaq.

Kristian Totti “Roma”nın məzunudur. Gənc yarımmüdafiəçi, karyerası ərzində “Frozinone” və “Rayo Valyekano”nun U-19 komandalarında, həmçinin “Avetsano” və “Olbiya”da çıxış edib.

Kristian yığma komandaya cəlb edilməyib, həmçinin futbolda heç bir qənimət qazanmayıb.

Seçilən
22
1
arena.az

2Mənbələr