AZ

Yeni zavod tikilir, hər il 28-30 min ton təzə alma alacaq

Regionlarda son illər istifadəyə verilən yeni sənaye müəssisələrinin sayı artır. Hazırda meyvə emalı sahəsində böyük bir sənaye layihəsinin həyata keçirilməsinə start verilib.

Marja.az xəbər verir ki, şirkətin ümumi sahəsi 4 hektar, işçi sayı 112 nəfər planlaşdırılıb.  

Tikintisi davam edən zavodda meyvə konsentratı istehsalı və qablaşdırılması nəzərdə tutulur. Zavodda illik 4 min ton alma konsentratı istehsal ediləcək ki, bunun üçün 28-30 min ton təzə alma emal olunacaq. Bu da həm yerli bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.

Zavodun fəaliyyəti bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına, əlavə dəyər yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcəkdir.

Müəssisənin açılışı bu ilin sentyabr ayına nəzərdə tutulur. 

Yeni müəssisənin fəaliyyətə başlaması yerli kənd təsərrüfatı sektoruna dəstək verməklə yanaşı, meyvə emalı sahəsində yerli və beynəlxalq bazara yüksək keyfiyyətli məhsullar təqdim etməyə imkan yaradacaq.

Gələcəkdə müəssisənin məhsul qablaşdırmasında istifadə edəcəyi dəmir çəlləklərin və aseptik salafan torbaların idxalından asılılığın azaldılması üçün klaster daxilində yerli istehsalın inkişaf etdirilməsi də planlaşdırılır.

Seçilən
10
marja.az

1Mənbələr