AZ

İran Trampın bu iddiasını təkzib etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ prezidenti Donald Trampın Tehran administrasiyasının Qəzzada atəşkəs danışıqlarına müdaxilə etməsi ilə bağlı iddiasını təkzib edib.

Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Bekayinin sözlərinə görə, HƏMAS müzakirəçiləri bu məsələdə üçüncü tərəfin müdaxiləsinə ehtiyac duymurlar.

Sözçü qeyd edib ki, Qəzza əhalisinin əzabını yüngülləşdirəcək və İsrailin törətdiyi cinayətləri dayandıracaq istənilən prosesi dəstəkləyirlər.

Seçilən
1
publika.az

1Mənbələr