AZ

Auditorlar Palatasında dələduzluq hallarına qarşı tədbirlər müzakirə olunub

Auditorlar Palatasında audit zamanı dələduzluq hallarına qarşı görüləcək tədbirlər müzakirə olunub.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Palatada keçirilən “Dəyirmi masa”da qurumun aparat rəhbəri Qəşəm Bayramov çıxış edərək auditorların fəaliyyətində şəffaflıq və qanunvericiliyə riayət olunmasının vacibliyinə diqqət çəkib.

O bildirib ki, auditorlar yüksək keyfiyyətli xidmət göstərmək üçün qanunvericilik aktları ilə yanaşı, Beynəlxalq Audit Standartları (BAS), Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Auditorlar Palatasının normativ sənədlərinin tələblərinə ciddi şəkildə əməl etməlidirlər.

Q.Bayramov auditorların xüsusilə 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” adlı Beynəlxalq Audit Standartına xüsusi diqqət yetirməli olduğunu vurğulayıb. O qeyd edib ki, maliyyə hesabatlarında təhriflər ya dələduzluq, ya da səhv səbəbindən baş verə bilər və bu iki halı bir-birindən fərqləndirən əsas amil qəsd faktorudur.

Qeyd olunub ki, dələduzluq iki əsas formada özünü göstərir: maliyyə hesabatlarının saxtalaşdırılması və aktivlərin mənimsənilməsi. Auditor isə audit prosesi zamanı bu təhriflərin aşkarlanması və qarşısının alınması üçün peşəkar şübhəçilik prinsipinə əməl etməli, riskləri düzgün qiymətləndirməlidir.

Seçilən
18
report.az

1Mənbələr