AZ

Qurban Qurbanov: “Bu, böyük riskdir”

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Geridə qalan günlərdə pis hazırlaşmadıq. Baxmayaraq ki, üstünlüyümüz var. Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Buradakı oyunda istəyirik ki, daha yaxşı olaq, oyunumuzu daha da yaxşılaşdıraq. Pis planımız olmadı. Çalışacağıq ki, sabah daha az səhv edək, daha yaxşı oynayaq".

- FKSB-nin prezidenti Cici Bekali sizə söz ataraq, komandasını motivasiya edir, komandanızı qıcıqlandırmaq istəyir. Ona cavab verəcəksiz?

- Mənim xarakterimi bilirsiz. Bizim hələ cavab oyunumuz var, iki oyunun qalibi olmamışıq. Bütün diqqətimiz sabahkı oyunadır. Hansısa atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki, plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk.

- Zədəlilərin durumu necədir?

- Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla olmayacaq. Boltun olmayacağı dəqiqdir. Yankoviç isə bu gün məşqdə olacaq. Bəlkə sabah onun adını 23-lüyə salarıq. Amma oynaması hələ ki, böyük riskdir. Qarşıdakı oyunda gedişata uyğun addım atacağıq. Zədə elə bir şeydir ki, son vaxtlarda dünya futbolunda zədəlilərin sayı çoxalır. Futbol güc, sürət tələb edir. 

- FSKB-nin "Şkendiya" ilə oyununu izləmək planınızda var?

- O oyuna bizdən heç kim getməyəcək. Əgər imkan olsaydı, addım atardıq. İstədik ki, bütün kollektivimiz bu oyun üçün burada olsun.

"Turan Tovuz" Türkiyə klubuna qarşı - YENİLƏNİR

Bakı təmsilçisində yeni müqavilə

"Qarabağ" - "Şelburn" görüşünü italyanlar idarə edəcək

"İmişli" Qəbələyə yollanıb

"Qarabağ"dan "Sumqayıt"a - Rəsmi

Seçilən
25
apasport.az

1Mənbələr