AZ

İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb » AzadMedia.az


Tehran Şəhər Prokurorluğu İran Prezidenti Məsud Pezeşkianın karikaturasını çəkən Hadi Heydəri barəsində cinayət işi açıb.

Məlumatı İRNA yayıb.

Bildirilib ki, Hadi Heydəri prokurorluğa çağırılıb. O, karikaturanı instaqramda dərc etdirdikdən sonra bununla bağlı qalmaqal yaranıb. Bundan sonra o, cızmaqaranı teleqram kanalında post paylaşıb.

Qeyd edək ki, həmin karikaturada Prezident Məsud Pezeşkian üzərinə “birlik” yazılmış uzunqulağı tərsinə minmiş vəziyyətdə göstərilib.
Seçilən
48
8
azadmedia.az

9Mənbələr