Bu ilin iyun ayında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 19 664 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 17 % çoxdur.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, ötən ay Qazaxıstandan 9 946 nəfər (+11 %), Özbəkistandan 5 093 nəfər (+17 %), Türkmənistandan 2 770 nəfər (+12 %), Qırğızıstandan 998 nəfər (+45 %), Tacikistandan isə 867 nəfər ( 2,2 dəfə çox ) turist gəlib.
Ümumilikdə iyunda Azərbaycan 237 509 turist qəbul edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11 % azdır. Ən çox turist Rusiyadan (73 415 nəfər, - 11%), Türkiyədən (40 326 nəfər, +5 %) və İrandan (15 297 nəfər, - 11 %) gəlib.