Şamaxıda ağır yol qəzası baş verib.
Bizim Media-nln Aran bürosu xəbər verir ki, hadisə Şamaxı rayonu ərazisində qeydə alınıb.
Belə ki, “Ford Transit” markalı avtomobil yolun kənarında dayanan “Niva”ya, daha sonra isə “VAZ-2107” markalı avtomobilə dəyib.
Nəticədə “VAZ”ın yanında dayanan 44 yaşlı Rasim Ömərov hadisə zamanı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media, Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta