AZ

Kreml Trampın ultimatum açıqlamasına cavab verdi

Rusiya Prezidenti Vladimir Putinə qarşı ultimatum müddətinin qısaldılması ilə bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəyanatına Kreml münasibət bildirib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 29 iyul tarixində keçirilən brifinqdə danışıb. Məlumatı Rusiya KİV-ləri yayıb.

Peskov bildirib ki, “Kreml Ukraynada münaqişənin həlli ilə bağlı Trampın müddətlərin qısaldılması və dialoqa marağın olmaması barədə bəyanatını nəzərə alıb”.

Onun sözlərinə görə, Rusiya “öz maraqlarını qorumaq” üçün Ukraynaya qarşı müharibəni davam etdirəcək, baxmayaraq ki, guya “münaqişənin sülh yolu ilə həllində maraqlıdır”.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr