AZ

Həssas əhali qruplarından olan şəxslər üçün inklüziv bilik yarışması keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Lənkəran şəhərində “7-dən 77-yə Zəka Oyunu” adlı inklüziv bilik yarışması təşkil olunub. 

QHT.az xəbər verir ki, “Breyn-rinq” intellectual oyunu formatında təşkil edilən yarışmada Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıllar, əlilliyi olan şəxslər və Agentliyin Lənkəran şəhərində yerləşən 2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakinləri iştirak ediblər. 

Kommunikasiyanı gücləndirmək, nəsillərarası dostluğu inkişaf etdirmək, bilik, əyləncə və həmrəyliyin formalaşmasına dəstək məqsədi daşıyan yarışmada iştirakçılara məişət bilikləri, adət-ənənələr, məntiq və tapmaca tipli suallar təqdim olunub. 

Tədbir çərçivəsində 2 saylı Ailə tipli kiçik Qrup evinin sakinləri, əlilliyi olan uşaqlar və ahılların təqdim etdiyi milli rəqslər, musiqi nömrələri və şeirlər tədbirə xüsusi rəng qatıb. 

Yarışmanın sonunda qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.

Seçilən
10
qht.az

1Mənbələr