AZ

Musiqi sənəti üzrə qabiliyyət imtahanının nəticələri elan edildi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahan nəticələri açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilir ki, abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar ("Azercell", "Bakcell", "Nar", "Naxtel") vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 1 064 nəfər iştirak edib.

Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunub.

Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
13
oxu.az

10Mənbələr