AZ

Lovro Zvonarek yenə “Bayern”dən ayrı düşdü

Almaniya çempionu “Bayern”in xorvatiyalı hücumameyilli yarımmüdafiəçisi Lovro Zvonarek Münhen təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu icarə əsasında İsveçrənin “Qrasshopper” klubuna keçib.

20 yaşlı yarımmüdafiəçinin İsveçrə klubu ilə icarə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.

Lovro Zvonarek “Bayern”ə 2022-ci ilin yayında “Slaven Belupo”dan gəlib. Xorvatiyanın U-21 yığmasının üzvü Münhen klubunun əsas komandasında 5 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Zvonarek ötən mövsüm Avstriyanın “Şturm” komandasında da icarədə olub. O, bu komandanın heyətində 22 oyuna 2 qol və 1 assist müəllifi olub.

Xorvatiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Lovro hazırda U-21-də çıxış edir.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
25
arena.az

1Mənbələr