AZ

Sərvəti sonsuz olan Bülent Ərsoy: arxasınca getdiyi məbləğ təəccübləndirdi

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türk musiqisinin "diva"sı Bülent Ersoy sosial media hesabında paylaşdığı diqqətçəkən bir yazı ilə borc məsələsini ifşa edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Instagram" hesabında iki ayrı bank qəbzini paylaşan Ersoy, adını açıq şəkildə qeyd etdiyi bir şəxsə 16 min lirə borc verdiyini, lakin bu pulun hələ də qaytarılmadığını açıqlayıb. O,  həmin şəxsə xitab etdiyi paylaşımında belə deyib:

“Qəbzlərlə də sübut olunduğu kimi, istəyiniz üzrə şəxsinizə göndərilən bu pulları bu gecə təcili hesabıma geri göndərəcəksiniz.

Məndən yalvararaq istədiniz, yoxsa sələmçidən yüksək faizlə alacağam dediniz. Mən də sadəcə insani duyğularla, rəhm edib bu 16 min lirəni sizə göndərdim. Bu pul bu gecə hesabıma keçməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
lent.az

1Mənbələr