AZ

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda ICESCO seminarının açılışında çıxış edib

BAKI, TurkicWorld

28 İyul, 2025-ci il tarixində, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İslam Dünyası ELM, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı regional ofisində mədəni irs obyektlərinin ICESCO-nun siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş ilk seminarının açılışında çıxış edib.

Fondun prezidenti tədbirin İslam, həmçinin Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, seminarın məhsuldar müzakirələr və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına əminliyini ifadə edib.

Çıxışında Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun ICESCO ilə sıx əməkdaşlıq etdiyini və bu istiqamətdə birgə layihələrin, o cümlədən, Qırğızıstanda İssık-Kul gölü sahilində keçiriləcək “Ruh Sanat” beynəlxalq mədəni forumun həyata keçirildiyini qeyd edib. Fondun prezidenti Səmərqəndin İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə məhsuldar görüşü və Fond ilə ICESCO arasında Anlaşma Memorandumunun imzalanması istiqamətində əldə olunan razılaşmalar barədə də məlumat verib.

Açılış mərasimində, həmçinin ICESCO-nun Bakı regional ofisinin direktoru Əbdülhəkim əs-Sənan, ICESCO-nun Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri Anar Kərimov, direktor müavini Məryəm Qafar-zadə və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sədrinin müavini Rüfət Mahmud çıxış edərək seminarın əhəmiyyətinə toxunub, iştirakçılara uğurlar arzulayıblar.

Seminar çərçivəsində təlim sessiyalarına da start verilib. Bu sessiyalarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan nümayəndə və ekspertlər iştirak edirlər. Sessiyalarda ICESCO-nun nominasiyalar siyahısına təqdim olunması üçün sənədlərin hazırlanması ilə bağlı nəzəri və praktik biliklər paylaşılır.

Qeyd etmək lazımdır ki, seminarda Türk Mədəniyyəti və İrsi Fondunun

Seçilən
22
3
turkic.world

4Mənbələr