AZ

Bu şirkətin zərəri artır: İXRACAT AZALDI

Rusiyanın enerji nəhəngi Gazprom 2025-ci ilin ilk yarısında 10,8 milyard rubl (təxminən 131,2 milyon dollar) zərər açıqlayıb.

News24.az xəbər verir ki,  şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artsa da, ixracatın azalması zərərin qarşısını ala bilməyib.

2022-ci ildə 1,2 trilyon rubl xalis mənfəət əldə edən Gazprom, ardıcıl ikinci ildir zərərlə üzləşir. 2023-cü ili 629 milyard, 2024-cü ili isə 1 trilyon 76 milyard rubl zərərlə bağlayan şirkət, Avropaya qaz ixracındakı azalmanı kompensasiya etmək üçün Çin və daxili bazara təchizatı artırır, həmçinin LNG (maye təbii qaz) sahəsinə sərmayəni gücləndirir.

Xeyrənsə Piriyeva

Seçilən
23
1
news24.az

2Mənbələr