AZ

“İranla qarşıdurma üçün nüvə proqramı sadəcə bəhanədir” - Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei bəyan edib ki, ABŞ başda olmaqla bir sıra Qərb ölkələri Tehranın nüvə proqramını və uranın zənginləşdirilməsini İranla qarşıdurma üçün bəhanə kimi istifadə edirlər.

News365.az-ın məlumatına görə, Xamenei bildirib:

“Onların “nüvə sahəsi”, “zənginləşdirmə”, “insan haqları” kimi təqdim etdikləri məsələlər sadəcə bəhanədir. Əslində, onların əsas narahatlığı İslam Respublikasının elm, texnologiya, humanitar və dini sahələrdə ortaya qoyduğu yeni diskurs və potensialdır.”

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp İranın nüvə obyektlərini bərpa etməyə cəhd edəcəyi təqdirdə, yeni hərbi zərbələr endirməyə hazır olduğunu açıqlamışdı.

News365.az

Seçilən
2
news365.az

1Mənbələr