AZ

Turizm ixtisaslarında təhsil alan tələbələrimiz Təcrübə Proqramı çərçivəsində Türkiyə otellərində peşəkar təcrübə qazanacaqlar

 Tələbələrimizin peşəkar və şəxsi inkişafına dəstək olmaq məqsədilə yeni bir beynəlxalq əməkdaşlığa imza atdıq. "JOB IN GLOBAL” MMC ilə əməkdaşlıq çərçivəsində turizm sahəsində təhsil alan tələbələrimiz Türkiyənin Antalya, Bodrum və İzmir şəhərlərində yerləşən aparıcı 5 ulduzlu otellərdə təcrübə proqramına qoşulurlar.
 Bu proqram sayəsində tələbələrimiz:
 Peşəkar təcrübə qazanacaqlar;
 Əmək haqqı ilə təmin olunacaqlar;
 Rəsmi iş icazəsi, viza dəstəyi və tibbi sığorta alacaqlar;
 Gediş‑dönüş təyyarə bileti, transfer, yaşayış və gündəlik 3 dəfə qidalanma ilə təmin ediləcəklər;
 Beynəlxalq sertifikatla təcrübələrini rəsmiləşdirəcəklər.
 Bu imkan tələbələrimizə yalnız praktiki bacarıqlar deyil, həm də beynəlxalq əmək bazarına inteqrasiya və xarici dil biliklərinin inkişafı üçün mühüm fürsətlər yaradır.
Bu təşəbbüs, universitetimizin beynəlmiləlləşmə strategiyasının tərkib hissəsi olaraq, gələcəkdə daha çox tələbəmizin qlobal təcrübəyə çıxışını təmin edəcək.
 Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!
 
 

Seçilən
4
7news.az

1Mənbələr