Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin daxili İşlər naziri Əli Yerliqaya paylaşım edib.
Paylaşımda bildirilib ki, sosial şəbəkələr vasitəsilə FETÖ-nün təbliğatını aparmaq, təşkilatın mövcud strukturunda iştirak etmək və təşkilata maliyyə yardımı göstərmək ittihamı ilə saxlanılan 77 nəfərin 56-sı həbs edilib, 21-i barəsində isə müəyyən ədliyyə prosedurları davam etdirilir.