AZ

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dabaqxəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramıhazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdimedilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, proqram icrayayönəldilib.

Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadirayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləritam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatəedilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaqxəstəliklərindən azad zonaların yaradılması prosesinəbaşlanılıb.

Bildirilib ki, azad statusun alınması heyvan mənşəli məhsullarınixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfəverəcək.

Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərinaparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başaçatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış QidaTəhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi vəkütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir.

Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindənxırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripixəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdəəldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunuxəstəliyindən azad status qorunub saxlanılır.

Seçilən
6
36
az.trend.az

10Mənbələr