AZ

Avropa Rusiya qazından tamamilə imtina edir – Avropanın qaz bazarı ABŞ-ın əlinə keçir...


Avropa Ukrayna ərazilərinin işğalını davam etdirən Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır. Belə ki, Avropa İttifaqı (Aİ) ABŞ-la ticarət sazişinin bir hissəsi olaraq Rusiya qazından tamamilə imtina etməyi və onu Amerika qazı ilə əvəz etməyi planlaşdırır.

Aİ və ABŞ iyulun 27-də Şotlandiyanın Tornberi şəhərində Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə ABŞ prezidenti Tramp arasında aparılan danışıqlardan sonra hərtərəfli ticarət sazişi imzalayıb.

Leyen danışıqlardan sonra keçirilən mətbuat konfransında razılaşmanın detallarını da paylaşıb. O, Aİ-nin Rusiya qazı və neftindən asılılığına son qoyacağını və ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG), xam neft və nüvə yanacağı alışını artıracağını bəyan edib.

TAHİR

Seçilən
11
baki-xeber.com

1Mənbələr