AZ

“Heç kim istəmirdi qızı aktrisa olsun”

Olay.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Heç kim istəmirdi qızı aktrisa olsun”

Xalq artisti Həmidə Ömərova maraqlı açıqlamalar verib.

OLAY yazır ki, bu barədə sənətçi “Xəbərin olsun” proqramında danışıb.  O bildirib ki, əvvəllər qızların aktrisa olmasını valideynlər istəmirdi:

“O vaxt biz Rusiyada aktyorluq fakültəsinə daxil olanda 100-dən çox oğlan, 5-10 qız gəlmişdi. O vaxt heç kim istəmirdi qızı aktrisa olsun. Hamı deyirdi, qızım həkim, oğlum hüquqşünas olsun. Amma indi metroda da gedəndə yaxınlaşırlar ki, qızımdı, istəyirəm aktrisa olsun, ona kömək et. Deyirəm, rejissor deyiləm ki... İndi zövqlər dəyişib. Sovet dövründə filmlərimizi xaricə göndərə bilsəydik mükafatlar qazanardıq. Elə bir dənə “Arşın mal alan” musiqisinə görə “Oskar” alardı. İndi də yaxşı filmlər var, amma tamaşaçı onu görmür. Tamaşaçının zövqü dəyişib. Onlara komediya lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
7
olay.az

10Mənbələr