AZ

Böyük Britaniya səfiri Slovakiya Xarici İşlər Nazirliyinə çağrıldı 

Böyük Britaniyanın Slovakiyadakı səfiri 2023-cü ildə Slovakiyada keçirilmiş parlament seçkilərinin nəticələrinə guya təsir göstərmək cəhdləri ilə bağlı mediada yayılan məlumatlara izahat vermək üçün Slovakiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Slovakiya mediası daha əvvəl xəbər vermişdi ki, britaniyalı “Declassified” xəbər portalı, Londonda yerləşən qurumların Slovakiya və digər Avropa ölkələrində YouTube üzərindən siyasi təbliğat aparan “influencer”ləri gizli şəkildə maliyyələşdirdiyinə dair material yayıb. 

İddialara görə, bu şəxslər Slovakiyadakı parlament seçkilərində liberal “Proqressiv Slovakiya” siyasi hərəkatını dəstəkləməli, eyni zamanda seçkilərdə qalib gəlmiş, hazırkı baş nazir Robert Fitso tərəfindən rəhbərlik olunan “İstiqamət – Sosial Demokratiya” partiyası haqqında mənfi fikirlər yaymalı idilər.

Slovakiyanın xarici siyasət idarəsinin rəhbəri Yuray Blanar bildirib ki,  Slovakiya Böyük Britaniya ilə münasibətlərin kəskinləşməsini istəmir, lakin daxili işlərinə müdaxilə edilməsini yolverilməz hesab edir.

Seçilən
1
1
operativmm.az

2Mənbələr