AZ

Ata miras üstündə oğullarını güllələdi

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə ata miras davası zamanı oğullarını güllələyib.

"Unikal" xəbər verir ki, hadisə Adana şəhərində baş verib.  Belə ki, 69 yaşlı Erol Köse 42 yaşlı oğlu Nihat Köseni güllələyərək öldürüb, 34 yaşlı Mesut Köseni isə ağır yaralayıb. Hadisə şahidlərinin sözlərinə görə, atışma ailədə miras mübahisəsi zəminində baş verib.

Oğullarını güllələyən şəxs onları təpikləməyə davam edib. Zərərçəkənlər qonşular tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Nihat aldığı yaralardan dünyasını dəyişib, Məsut əməliyyat olunub və reanimasiyadadır.

 Hadisəni törədən şəxs isə evinin yaxınlığında saxlanılıb və polis tərəfindən sorğu-sual edildikdən sonra həbs edilib. 

Gülayə Mecid 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
unikal.az

2Mənbələr