AZ

ABŞ və Böyük Britaniya Zelenskini dəyişmək üçün gizli görüş keçirib

Missiya.az saytına istinadən ain.az xəbər verir.

ABŞ və Böyük Britaniya Alp dağlarında kurortda Ukrayna Prezidentinin aparatının rəhbəri Andrey Yermak və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun iştirakı ilə gizli görüş təşkil ediblər.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı onlar Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı ilə Prezident Volodimir Zelenskinin dəyişdirilməsi perspektivlərini müzakirə ediblər.

"Amerikalılar və britaniyalılar Zalujnını Ukrayna Prezidenti vəzifəsinə irəli sürmək barədə qərarlarını elan ediblər", - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
missiya.az

2Mənbələr