Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İranın nüvə proqramı ABŞ-nin İslam Respublikası ilə qarşıdurmanı davam etdirməsi üçün bəhanədir.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə ölkənin Ali Rəhbəri Əli Xamenei çıxış edib.
"Nüvə problemi, uranın zənginləşdirilməsi, insan haqları və bu qəbildən olan şeylər sadəcə bəhanədir. Əslində, onlar bizim əqidəmiz və təlimlərimizə qarşıdırlar", - deyə Əli Xamenei qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İrana xəbərdarlıq edib. O bildirib ki, əgər İranın nüvə obyektlərini bərpa etməyə cəhd edərsə, yeni zərbələrə hədəf olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.