AZ

İsmayıllıda əkin sahələrinin suvarılmasına 13 milyon manata yaxın vəsait xərclənəcək

BAKI, 29 iyul. TELEQRAF

“Tikilməkdə Olan Obyektlərin Müdriyyəti” Publik Hüquqi Şəxsi İsmayıllının İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarılmasına 12 milyon 913 min 344 manat xərcləyəcək.

Teleqraf xəbər verir ki, qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır.

Tenderdə iştirak etmək istəyən təchizatçılar 1937 manat məbləğində iştirak haqqı ödəməlidirlər.

Qeyd edək ki, təkliflərin son təqdimolunma və zərflərin açılma tarixi avqustun 18 –nə müəyyənləşib.

Seçilən
13
teleqraf.com

1Mənbələr