AZ

Tramp və AK sədri tariflərin tətbiqi müddətinin qısaldılmasını müzakirə ediblər

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 27-də Şotlandiyada keçirilən danışıqlarda Rusiyanın ticarət tərəfdaşlarına Birləşmiş Ştatların 100 faizlik gömrük rüsumlarının tətbiqi müddətinin azaldılması məsələsini müzakirə ediblər.

525.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Stefan De Keersmaker bildirib.

“Bəli, məsləhətləşmələr zamanı bu məsələ qaldırılıb”, - AK rəsmisi deyib.

Tramp bundan əvvəl Rusiya və Ukraynaya razılığa gəlmək üçün 50 gün vaxt verəcəyini, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik ticarət tarifləri tətbiq edəcəyini bildirib. Bununla belə, bazar ertəsi Amerika lideri Rusiyadan və münaqişənin həllində irəliləyişdən məyus olduğunu və buna görə də müddəti 10-12 günə qədər qısaltdığını bildirib. Həmçinin Rusiya prezidenti Vladimir Putinlə danışmaqda artıq maraqlı olmadığını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Moskva münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin Rusiya öz maraqlarını qorumaq üçün əməliyyatları davam etdirəcək.

 Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
525.az

1Mənbələr