AZ

Komandor adalarını 15 milyard dollara almağı təklif etdi

"ABŞ Komandor adalarını Rusiya Federasiyasından 15 milyard dollar qarşılığında satın alsın. Məqsəd — Çin sualtı qayıqlarının Şimal Buzlu okeanına mümkün nüfuzunun monitorinqini həyata keçirməkdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Quru Qoşunlarının podpolkovniki Ceffri Frits deyib.

Onun fikrincə, bu cür razılaşma ABŞ-nin təhlükəsizliyini gücləndirəcək və Arktikada Amerikanın liderliyini təsdiqləyəcək.

Frits, əlavə edib ki, bir zamanlar Alyaskanın alınması da mənasız sayılırdı, halbuki bu gün Alyaska ABŞ-nin enerji və müdafiə strategiyasının əsas elementi sayılır.

Seçilən
32
operativmm.az

1Mənbələr