AZ

İsrail elan etdi: “Dəyişməyəcəyik” KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Beynəlxalq təzyiqlər siyasətimizi dəyişməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

O, beynəlxalq ictimaiyyətin ölkəsinə artan təzyiqlərinə münasibət bildirib.

Nazir bəyan edib ki, İsrailə yönələn diplomatik təzyiqlər nə onun siyasətini dəyişəcək, nə də atəşkəsə və girovların azad olunmasına kömək edəcək:

“Diplomatik təzyiqlər siyasətimizi dəyişməyəcək. Heç bir xarici qüvvə İsraili öz təhlükəsizliyindən imtina etməyə məcbur edə bilməz. Biz konstruktiv dialoqa həmişə açığıq, lakin təzyiqlər nəticə verməyəcək”, – deyə Saar vurğulayıb.

Onun sözlərinə görə, bu cür təzyiqlər yalnız HƏMAS-ın mövqeyini sərtləşdirir və bölgədə hərbi gərginliyin artmasına səbəb olur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
konkret.az

2Mənbələr