Yəmənin husi üsyançıları İsrailə qarşı hərbi əməliyyatlarının yeni mərhələsində milli mənsubiyyətindən asılı olmayaraq, İsrail limanları ilə iş görən şirkətlərə məxsus bütün ticarət gəmilərini hədəf alacaqlarına söz veriblər.
2023-cü ilin oktyabrında İsrail-Həmas müharibəsi başlayandan sonra İranın dəstəklədiyi husilər Qəzzada fələstinlilərlə həmrəylik nümayişi adlandırdıqları bir kampaniyada Qırmızı dəniz, Ədən körfəzi və Oman dənizindəki gəmiləri hədəfə almağa başlayıblar.
Husilər bu yaxınlarda İsrailə qarşı "hərbi dəstək əməliyyatlarını gücləndirməyə və dəniz blokadasının dördüncü mərhələsini həyata keçirməyə qərar verdiklərini" elan ediblər.