AZ

“Qarabağ“ – “Şelburn”: 19500 bilet satıldı – rəsmi

“Qarabağ” sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Şelburn”u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20.00-da başlayacaq.

Məlum olduğu kimi, bu, Ağdam təmsilçisinin avrokubokların yeni mövsümündə ilk matçıdı. Belədə həmin ab-havanı arzulayan və darıxan çoxsaylı azarkeşlərin şəhərin mərkəzində yerləşən idman qurğusuna təşrif buyuracağı, hələ Çempionlar Liqasının əsas mərhələsinə qədər uzanan yolun başlanğıcında olan komandanı tək qoymayacaqları bəllidi.

Bəs indiyə qəər oyun üçün nə qədər bilet satılıb? Bu sualla “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında artıq 19500 biletın sayıldığını dedi.

Hələ bilet almayan futbolsevərlər üçün müvafiq bilgiləri xatırladaq: biletlərin qiyməti 5, 10, 20, 30, 75 və 100, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyənlər üçün isə 300 manatdı. Azarkeşlər biletləri “iTicket.az”ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı Fan-Şopundan və “Tofiq Bəhramov”un kassalarından ala bilər.

KƏNAN BAHADIR

Seçilən
1
football-plus.az

1Mənbələr