“Real” Alvaro Karrerasın transferini rəsmən açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, “Benfika”nın 22 yaşlı sol cinah müdafiəçisi İspaniya klubu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Karreras “Real”ın yetirməsidi. O, ötən yay “Mançester Yunayted”dən 6 milyon avroya “Benfika”ya keçmişdi.
Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərə əsasən, bu transfer Madrid klubuna 50 milyon avroya başa gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta