AZ

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri barədə həbs qətimkan tədbiri seçib

Tbilisi, 29 iyul, AZƏRTAC

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə nazirinin müavini Giorgi Xaindrava, nazirliyin keçmiş satınalmalar departamentinin rəhbəri Vladimer Quduşauri və sabiq müdafiə naziri Cuanşer Burçuladzeyin qaynı Vasil Mxeidzeyə qarşı həbs qətimkan tədbiri seçib.

AZƏRTAC xəbər verir ki, məhkəmənin bugünkü iclasında prokurorluq hər üç şəxs üçün həbs qətimkan tədbirinin seçilməsini tələb edib.

O, bunun üçün həmin şəxslər tərəfindən sübutların məhv edilməsi, şahidlərə təzyiq göstərilməsi və istintaqa maneə törədilməsi, eləcə də təkrar cinayət ehtimalını göstərib.

Müdafiə tərəfinin vəkilləri isə bu arqumentlərlə razı olmayıblar.

Vladimer Quduşaurinin və Vasil Mxeidzenin vəkilləri məhkəməyə 100 min lari məbləğində girov təklif ediblər.

Giorgi Xaindravanın vəkili isə 100 min lari və ya 200 min laridən artıq dəyəri olan əmlakın üzərinə həbs qoyulmasını təklif edib.

Məlumat üçün bildirək ki, Quduşauri və Giorgi Xaindrava külli miqdarda vəsaiti mənimsəməkdə, Vasil Mxeidze isə bu mənimsəməyə yardım etməkdə ittiham olunurlar.

İş üzrə ilkin məhkəmə iclası sentyabrın 17-nə təyin olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
0
azertag.az

1Mənbələr