AZ

“Barselona” 2025/26 mövsümünün səfər formasını təqdim etdi - FOTO

“Barselona” klubu 2025/2026 mövsümü üçün nəzərdə tutulan yeni səfər formasını təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, formanın dizaynı Amerika brendi "Nike" və əfsanəvi basketbolçu Kobe Brayantın şəxsi markası ilə əməkdaşlıq nəticəsində hazırlanıb.

Bu forma NBA əfsanəsi Kobe Brayantın xatirəsinə ehtiram əlamətidir. Kobe dəfələrlə açıq şəkildə “Barselona”ya, onun oyun üslubuna və futbolçularına heyranlığını ifadə etmişdi.

Yeni formada Nike-in tanınmış “Swoosh” loqosu əvəzlənərək, Kobe Brayantın markasına məxsus "Kobe Sheath" (qılıncın qını) simvolu ilə əvəz olunub. Bu, klub və əfsanəvi basketbolçunun mükəmməllik mədəniyyətinə verdiyi ortaq dəyərin və idman irsinin təcəssümüdür.

“Barselona” və "Nike" bu addımla idman geyimləri dünyasında cəsarətli və simvolik bir yeniliyə imza ataraq “Mamba mentaliteti”nin təsirini daha da genişləndirməyi, yeni nəsil idmançılara meydanda və meydandan kənarda ilham verməyi qarşısına məqsəd qoyub.

Seçilən
6
90deqiqe.az

1Mənbələr