Ağdam, 29 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Otuz iki il bu torpağın həsrəti ilə yaşamışıq. Uşaqlığımın, gəncliyimin keçdiyi doğma kəndimə yenidən qayıtdığım üçün çox xoşbəxtəm.
Bu sözləri iyulun 29-da Ağdam rayonunun Xıdırlı kəndinə köç edən keçmiş məcburi köçkün Tahir Abdunov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
“Sevinirəm ki, övladlarım, nəvələrim Xıdırlının havasında nəfəs alacaq, ata-baba yurdumuzda yaşayacaqlar. Mən yaşlıyam, gənclərə deyirəm ki, torpağı sevsinlər, qədrin bilsinlər”, - deyə keçmiş məcburi köçkün bildirib.