Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrəKonfederasiyasının Cenevrə şəhərində Parlament Sədrlərinin 6-cıDünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirakedib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclası giriş sözü ilə açan Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson iclasın gündəliyi haqqında məlumatverib. Qeyd olunub ki, Parlament Sədrlərinin 6-cı DünyaKonfransında ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102ölkənin parlament sədrləri iştirak edir.
Tədbirdə Parlament Sədrlərinin 6-cı Dünya Konfransına hazırlıqlabağlı görülən işlər, Komitənin sonuncu iclasının hesabatı, DünyaKonfransının yekun sənədinin qəbul olunması və digər təşkilatiməsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, iclasda Parlamentlərarası İttifaqın coğrafiqruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirakediblər.