ain.az, Idman.biz saytına istinadən bildirir.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının bürünc mükafatçısı “Xilasedici” heyətini gücləndirməyə başlayıb.
İdman.biz xəbər verir ki, komanda Azərbaycan millisinin toppaylayıcısı Roman Qurskini transfer edib.
O, ötən mövsümü Macarıstan çempionatında “Qrinplan” komandasında keçirib, daha əvvəllər Moskva CSKA-da, 2021/22 mövsümündə isə “Murov”da oynayıb.
Qeyd edək ki, Azərbaycan kubokunun qalibi olan “Xilasedici” yeni mövsümdə avrokuboklarda da mübarizə aparacaq. Klub "Challenge Cup" turnirinə qatılacaq.
Qeyd edək ki, bürünc mükafatçı daha əvvəl heyətini millimizin kapitanı Vüqar Bayramovla gücləndirib.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.