AZ

Birinci yarımildə ən çox rast gəlinən maliyyə pozuntuları açıqlanıb

Bakı. Trend:

Cari ilin birinci yarımilində aparılmış nəzarət tədbirlərininnəticələrini nəzərə alaraq Hesablama Palatası çox rast gəlinənpozuntularını ümumiləşmiş formada açıqlayıb.

Trend bubarədə Palataya istinadən xəbər verir.

Ən çox rast gəlinən pozuntular aşağıdakılardır:

1. Fəaliyyətin təmin edilməsi məqsədilə tələb olunan vəsaitlərinməbləğ və istiqamətinin düzgün proqnozlaşdırılmaması nəticəsindəicra prosesində dövlət vəsaitinin təsdiq olunmuş təyinatınındəyişdirilməsi;

2. qurumun hüquqi aktlarla müəyyən edilmiş funksionalfəaliyyətinə aid olmayan istiqamətlərdə vəsaitlərin xərc edilməsivə ya funksional fəaliyyətinin bir qisminin başqa quruma ötürülməsiilə dövlət vəsaitinin funksional təyinatının dəyişdirilməsi vəəlavə tələbatın formalaşdırılması;

3. hüquqi aktlarla müəyyən edilmiş nəqliyyat vasitələrinin sayhəddinə və yanacaq xərcinin normasına, beynəlxalq tədbirlərinkeçirilməsi zamanı yemək, hədiyyə və s., habelə iştirakçı sayı iləbağlı məhdudiyyətlərə riayət olunmaması fonunda artıq xərclərə yolverilməsi;

4. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında”Qanununun tələbləri gözlənilməyərək ilkin satınalma planınınhazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahidinternet portalında yerləşdirilməsinin təmin edilməməsi və ya icraprosesində satınalma planına əməl edilməməsi;

5. tender komissiyalarının fəaliyyətində yol verilmişnöqsanların satınalmalarda hesabatlılıq və şəffaflıq prinsipləriilə bağlı tələblərə riayət edilməməsinə, eləcə də, rəqabətmühitinin təmin olunması ilə bağlı fəaliyyətin məhdudlaşmasınaşərait yaratması;

6. tələbatın düzgün formalaşdırılmaması nəticəsində satınalmamüqavilələrinin bir hissəsinin icra olunmaması və ya bağlanmışmüqavilələrin icra səviyyəsinin aşağı olması;

7. dövlət investisiyalarının idarəedilməsi üzrə qiymətqoymanınresurs metodunun tətbiq olunması ilə əlaqədar normativ hüquqiaktlarla müəyyənləşdirilmiş bəzi normaların düzgün tətbiqedilməməsi.

Seçilən
20
16
az.trend.az

10Mənbələr