ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampla Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Şotlandiyada keçirilən görüşündə aylarla davam edən gömrük mübahisəsində nəhayət razılıq əldə olundu. Razılaşmaya əsasən, ABŞ-ın Avropa İttifaqından idxal etdiyi mallara 15 faizlik gömrük rüsumu tətbiq olunacaq, lakin Vaşinqtonun ittifaq ölkələrinə ixrac edəcəyi mallara heç bir rüsum tətbiq olunmayacaq. Həmçinin Avropa ABŞ-a milyardlar dəyərində yatırımlar edəcək.
Lyayen sözügedən razılaşmanı “uğurlu” adlandırsa da, bu, Avropada, xüsusilə ittifaq ölkələrinin güclü müxalif dairələrində ciddi rezonans doğurub. Bir çox siyasətçilər razılaşmanın Avropa üçün fiasko olduğunu bildirirlər.
Tramp irəliləyən zamanlarda faiz miqdarını azalda bilərmi? Bu razılaşma Avropadakı mövcud vəziyyətə necə təsir göstərərəcək?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Trampla Avropa Lyayenin görüşündə uzun müddətdir davam edən gömrük mübahisəsi üzrə razılıq əldə olunması beynəlxalq iqtisadi dairələrin diqqətini çəkib:
“Spiegel”in yaydığı məlumata görə, razılaşmanın konkret detalları hələlik ictimaiyyətə açıqlanmasa da, əvvəlki mərhələlərdə Avropa İttifaqından ABŞ-a ixrac olunan məhsullara daha yüksək gömrük rüsumlarının tətbiq olunacağı artıq məlum idi. Donald Tramp bu görüşdən əvvəl rəsmi olaraq bəyan etmişdi ki, gömrük tariflərini 15 faizdən aşağı salmaq niyyətində deyil.
Züriyə Qarayeva
Şotlandiyada əldə olunan razılığın Avropa ölkələrini Trampın elan etdiyi iqtisadi təzyiq siyasətindən tam sığortalayıb-sığortalamayacağı isə hələlik sual altındadır. Razılaşmanın davamlılığı və konkret tətbiqi mexanizmləri bu məsələdə həlledici olacaq.
Eyni zamanda, bu razılaşma Aİ-nin Vaşinqtonla münasibətlərdə mövcud olan strateji asılılıqlardan çıxış yolu axtardığı bir dövrə təsadüf edir. Əgər razılaşma tərəflər arasında yeni balans və qarşılıqlı güzəştlər əsasında həyata keçirilərsə, bu, yalnız iqtisadi deyil, siyasi baxımdan da münasibətləri sabitləşdirə bilər. Ancaq Trampın sərt mövqeyindən geri çəkilib-çəkilmədiyi və bu razılaşmanın onun iqtisadi gündəliyinə necə uyğunlaşacağı hələlik qeyri-müəyyən qalır”.
Turan Rzayev
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.