Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən yerə düşüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb. 2008-ci il təvəllüdlü A.P. binanın 4-cü mərtəbəsindən yerə düşüb. O, xəstəxanaya aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Fakt araşdırılır.