AZ

Xamenei: “ABŞ İranla qarşıdurma üçün nüvə proqramını bəhanə edir” - ÖZƏL

İranın ali dini lideri Ayətullah Əli Xamenei  bəyan edib ki, ABŞ-nin İranın nüvə proqramına yönəltdiyi ittihamlar sadəcə bəhanədən ibarətdir və əsas məqsəd Vaşinqtonun İranla qarşıdurmanı davam etdirmək niyyətidir. Olaylar.az xəbər verir ki, bu  barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Onların adlandırdığı nüvə problemi, uranın zənginləşdirilməsi, insan hüquqları və digər bu kimi məsələlər yalnız bir bəhanədir. Əslində, onların bizim imanımız və ideologiyamızla problemi var," - deyə Xameneinin sözləri sitat gətirilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İranın nüvə obyektlərini bərpa etməyə çalışacağı təqdirdə, bu obyektlərə qarşı yeni zərbələr endirməyə hazırdır.
Qeyd edək ki, 13 iyun gecəsi İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab hücumu həyata keçirib. Münaqişənin kəskinləşməsindən doqquz gün sonra ABŞ də münaqişəyə daxil olaraq İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib.
23 iyun axşamı İran, Qətərdə yerləşən və Yaxın Şərqdə ən böyük olan ABŞ-nin Əl-Üdeyd hərbi bazasına hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran atəşkəs barədə razılığa gəliblər. Atəşkəs rejimi 24 iyun tarixindən qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr