AZ

Netanyahunun vəkilini öldürmək istədilər: Görün sifarişi kim və kimə verib

Fransa hakimiyyəti İsrailin baş naziri Binyamin Netanyahunun vəkili Olivye Pardoya qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Paris prokurorluğunun məlumatlarına istinadən məlumat yayıb.

Pardo bu barədə prokurorluğa polis xəbərçisi olan Rudi Terranova adlı keçmiş məhbusun iyulun 16-da Seneqala səfəri zamanı “Hizbullah” nümayəndələrinin Pardonu öldürmək əmri ilə ona yaxınlaşdığını söylədikdən sonra bildirib.

Terranova həmçinin bildirib ki, Olivye Pardo Netanyahu ilə işlədiyi üçün hədəf seçilib. Vəkil bunun həqiqət, yoxsa saxta olduğunu hüquq-mühafizə orqanlarının aydınlaşdıracağına əmin olduğunu bildirib. Xatırladaq ki, Rudi Terranova iş üzrə aparılan istintaq çərçivəsində iyulun 21-də həbs edilib.

Seçilən
21
2
publika.az

3Mənbələr