Son günlər müəllimlərin vahid geyim formasına keçəcəyi ilə bağlı yayılan məlumatlar ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilsə də, məsələ ilə bağlı rəsmi mövqe aydın deyildi.
AzEdu.az məsələni dəqiqləşdirmək üçün Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirlib ki, mövcud qanunvericilikdə müəllimlər üçün vahid formanın tətbiqi ilə bağlı heç bir müddəa nəzərdə tutulmayıb.
Bu da onu deməyə əsas verir ki, müəllimlərin yeni tədris ilində vahid geyim formasına keçməsi ilə bağlı hər hansı qərar mövcud deyil.