Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən, atçılıq mərkəzi və restoran kimi fəaliyyət göstərən iaşə obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.
APA xəbər verir ki, birgə keçirilən yoxlama zamanı “The Farm” adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən edilib.
Heyvanlar IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək ilkin olaraq klinik şəraitdə tibbi müayinədən keçirilib. Daha sonra onların sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etmək məqsədilə Bakı Zooloji Parkına təhvil verilməsi təmin olunub.
IDEA İctimai Birliyi vətəndaşlara bir daha müraciət edərək ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz saxlanmasına yol verməməyə çağırır. Belə hallarla rastlaşan şəxslərdən “Təbiətə Təcili Yardım” proqramı çərçivəsində fəaliyyət göstərən “1113” qaynar xəttinə və ya IDEA İctimai Birliyinin rəsmi sosial media hesablarına məlumat vermələri xahiş olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.