Hüquq müdafiəçisi Fikrət Cəfərli həbs edilib
Hüquq müdafiəçisi Fikrət Cəfərli barəsində məhkəmə qərarı verilib.
AzNews.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə F.Cəfərli böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Cəfərlinin həbsi vəkil Elvin Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı şikayət əsasında baş tutub. Elvin Əliyev hüquq müdafiəçisini Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə – yəni böhtan atmaqda – təqsirli bilib və bu maddə üzrə sanksiya həddində cəza verilməsini tələb edib.