AZ

"MİDA"nın ümumi kapitalı 478,6 milyon manata çatdı

BAKI, 29 iyul. TELEQRAF

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 2024-cü ilin sonuna kimi ümumi kapitalı 478,6 milyon manata çatıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında məlumat verilib.

Hesabata əsasən, ötən il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlər, investisiya qoyuluşları və əldə olunan mənfəətlər nəticəsində cəmi kapital 478milyon 608min 51 manat təşkil edib. Qeyd edək ki, bu göstərici 2023-cü il dekabrın 31-nə 417 milyon 20min 763 manat təşkil edib. .

Agentliyin nizamnamə kapitalı 100 milyon manat səviyyəsində sabit qalıb. Dövlət büdcəsindən ayrılmış vəsaitlər isə 285 milyon 658 min 790 manatdan 344 milyon 554 min 302 manata yüksəlib. Böldürülməmiş mənfəət isə 31milyon 361 min 973 manatdan 34,053,749 milyon manata qədər artıb.

Seçilən
5
teleqraf.com

1Mənbələr