AZ

Bu fənlərə süni intellekt inteqrasiya oluna bilər

Süni intellektin sürətli inkişafı təhsil sahəsini də əhatə etməyə başlayıb. Artıq bir sıra ölkələrdə bu texnologiya tədris prosesinə uğurla inteqrasiya olunur. Bu, təkcə müəllim-şagird münasibətlərinə deyil, həm də fənlərin tədris üsullarına da yeni nəfəs gətirir. Azərbaycanda süni intellektin hansı fənnə inteqrasiyası təhsilin inkişafına daha çox təkan verə bilər? 

Bu mövzuda AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələr artıq təhsildə süni intellektdən istifadə edir: "Həmin ölkələrdə süni intellekt artıq tədris prosesində istifadə olunur. Əgər bizdə də bu proses mümkün olarsa, əsasən inteqrasiya informatika fənninə ola bilər. Bundan əlavə, fizika və riyaziyyat kimi fənlərdə də tətbiqi mümkündür. Beləliklə, tədrisin süni intellekt vasitəsilə idarə olunması bu istiqamətlər üzrə real görünür".

İnteqrasiya hansı fənlərdə mümkündür?

"Kimya fənnində isə vəziyyət bir qədər fərqlidir. Çünki kimyada daha çox laboratoriya şəraiti tələb olunur. Düzdür, fizikada da bu cür tələblər mövcuddur, lakin kimyada bu ehtiyac daha çox hiss olunur. Buna görə də süni intellektin kimya fənninə inteqrasiyası bir qədər zaman alacaq. Coğrafiya fənnində isə bu texnologiyanın tətbiqi mümkündür.

Ümumilikdə isə düşünürəm ki, yaxın 10 il ərzində süni intellekt tədris proqramlarında daha geniş şəkildə istifadə olunmağa başlayacaq. Bu prosesin əhəmiyyətini həm vətəndaşlar, həm də təhsil icması dərk etməlidir. Çünki dövr, elm və təhsil bunu tələb edir. Dünya ölkələrindən geri qalmamaq üçün süni intellektin təhsil prosesinə daha geniş şəkildə tətbiqi vacibdir".

Seçilən
0
azedu.az

1Mənbələr