Bu yay “Turan Tovuz”dan azad agent kimi ayrılmış mərkəz müdafiəçisi Sadiq Quliyev bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni mövsümdə Birinci Liqada çıxış edəcək “dənizçilər” Quliyevlə anlaşıblar. 30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Sadiq Quliyev 2022-ci ildən “Turan Tovuz”un sıralarında idi. O, Tovuz klubunun əsas komandasında 33 oyuna 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Quliyev karyerası ərzində “Zirə”, “Qəbələ”, “Maçhindra” kimi klubların da formasını geyinib. O, Azərbaycanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.